Tez-tez verilən suallar

TAM kart nədir?

Tam kart Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi, 2 fərqli hesabı bir kartda idarəetmə imkanını təqdim edən çox funksiyalı kartdır.

TAM kartında cashback nə qədərdir?

Tam kart üzrə minimal cashback 2% həcmində Bank tərəfindən təyin edilmişdir. Bundan başqa, Qayğıkeş klubu üzrə partnyor mağazalarda ödəniş zamanı təqdim olunan cashback faizi 2%-dən çox olduqda Qayğıkeş klubunun faizi müştəriyə qayıdır. Bankın partnyor şirkətləri tərəfindən təqdim olunan cashback faizi ibar.az saytında Qayğıkeş bölməsində əks etdirilib.

Cashback məbləği nə zaman karta mədaxil olunur?

Bank tərəfindən təqdim olunan cashback məbləğləri ayın sonuncu iş günü cəmlənərək müştərinin kartına mədaxil olunur. Qayğıkeş klubu üzrə partnyor mağazalarda ödəniş zamanı təqdim olunan cashback isə əməliyyat anında hesablanaraq karta mədaxil olunur.

TAM kart harada keçərlidir?

Dünyanın hər yerində POS-terminallarla ödəmə edə, onlayn ödənişlər həyata keçirə və ya bankomatlardan nağd pul çıxara bilərsiniz.

TAM kart kredit limiti məbləğinin neçə faizini nağdlaşdıra bilərəm?

Kredit limitinə kartın növündən asılı olaraq nağd məqsədlər üçün (ATM nağdlaşdırma, C2C, cash by code,kredit ödənişləri və s.) aylıq istifadə limitləri tətbiq edilmişdir. Limit hər ayın 1-i yenilənir.

TAM kartın növləri üzrə tətbiq olunan nağd məqsədlər üçün limitlər nə qədərdir?

TAM Classic kartında - 50%, TAM Gold kartında - 60%, TAM Platinum kartında 80% miqdarında kredit limitindən nağd məqsədlər üçün istifadəyə aylıq limit tətbiq edilmişdir. TAM Premium kartlarında isə heç bir məhdudiyyət tətbiq edilməmişdir.

TAM kartın kredit xəttindən taksit və ya nağdsız ödənişlərdə hər hansı məhdudiyyət varmı?

Xeyr, TAM kartın kredit xəttindən taksit və nağdsız ödənişlərdə heç bir məhdudiyyət yoxdur.

Bankda pul kreditim varsa, TAM kartı ala bilərəm?

Bəli, lakin kredit üzrə mütəxəssis Sizin gəlirlərinizi və xərclərinizi təhlil etdikdən sonra pul krediti ilə paralel kredit ayrılıb-ayrılmayacağını dəqiqləşdirə bilər.

Mənim üçün TAM kart kredit limiti necə təyin ediləcək?

TAM kart üçün müraciət etdikdə kredit üzrə mütəxəssis Sizin aylıq gəlirlərinizi və xərclərinizi dəqiqləşdirəcəkdir. İlkin təhlil aparıldıqdan sonra Sizə limit haqqında məlumat veriləcəkdir. Limit Sizin gəlir və borclanma limitinizdən asılı olaraq 300 manatdan 15000 manatadək təyin edilə bilər.

TAM kartı kimlər əldə edə bilər?

Azərbaycan Beynəlxalq Bankının kartları ilə əmək haqqı və ya təqaüd alan hər kəs və digər bankın emissiya etdiyi kartlar vasitəsilə əmək haqqı alan şəxslər (Dövlət büdcəsindən maliyyələşdirilən və ya təsərrüfat hesablı olan dövlət müəssisələrinin əməkdaşları, Neft-qaz sahəsində fəaliyyət göstərən müəssisələrin əməkdaşları) TAM kart üçün müraciət edə bilər. Kartın verilməsi kredit üzrə mütəxəssisin ilkin təhlilinə əsasən təyin edilir.

TAM kartı necə almaq olar?

www.Tamkart.az , www.ibar.az saytlarından onlayn müraciət edərək, 8937 qısa nömrəsinə kartın son 8 rəqəmini SMS vasitəsilə göndərməklə, (012) 937 nömrəsinə zəng etməklə və ya Azərbaycan Beynəlxalq Bankının filiallarına yaxınlaşaraq əldə edə bilərsiniz.

Başqa bankda kreditim varsa Tam kart ala bilərəmmi?

Bəli, lakin kredit üzrə mütəxəssis Sizin gəlirlərinizi və xərclərinizi təhlil etdikdən sonra paralel kredit ayrılıb-ayrılmayacağını dəqiqləşdirə bilər.

Tam kartın müddəti nə qədərdir?

TAM kart 60 ayədək müddətə rəsmiləşdirilir. TAM karta açılacaq kredit xəttinin müddəti isə 36 ay təşkil edir.

TAM kart taksit necə hesablanır?

TAM kartla partnyor mağazalarında istənilən məhsulu alıb, dəyərini hissə-hissə ödəmək mümkündür. Xərclənən məbləğ 3, 6, 12 ,18 və ya 24 aya bölünməklə, bərabər hissələrlə ödənilir.

Tam kart kredit xəttindən istifadə etdikdə borc necə hesablanır?

Kredit xəttindən istifadə zamanı bərpa olunan borclara növbəti ayın 10-na kimi güzəşt müddəti tətbiq olunur və növbəti ayın 10-a kimi tam şəkildə ödənilməlidir. 20 AZN-dən yuxarı hər bir ölkədaxili və ölkəxarici bütün qeyri-taksit əməliyyatları zamanı minimum 30 gün olmaqla 60 günədək güzəşt müddəti tətbiq olunur.

Güzəşt müddətində borc ödənilməkdikdə nə baş verir?

Kredit limitindən qeyri-taksit əməliyyatlarına istifadə olunan vəsaitlər güzəşt müddəti ərzində ödənilmədikdə borcu illik faiz dərəcəsinə uyğun olaraq 18 aya hissə-hissə ödəmək mümkündür. Güzəşt müddətində ödənilməyən borcun aylıq ödənişi güzəşt müddətindən sonrakı ayın 1-dən 10-dək ödənilir.

Aylıq borclarımın məbləğini necə öyrənə bilərəm?

TAM kart haqqında məlumatı (borcunuz, alış- veriş etdiyiniz mağazalar, ödəməli olduğunuz məbləğlər, ödəniş qrafiki və s.) www.Tamkart.az saytının “Şəxsi kabinet” bölümündən əldə edə biləcəksiniz. Bunun üçün şəxsiyyət vəsiqənizin PİN kodu, kartın son 4 rəqəmini və mobil nömrəni daxil etməlisiniz. Daha sonra təsdiq üçün qeydiyyatdan keçən mobil nömrənizə gələn birdəfəlik şifrəni daxil edirsiniz.

TAM kartında borcumu necə ödəyim?

TAM kartda olan borcunuzu aşağıdakı ödəniş üsullarından istifadə etməklə ödəyə bilərsiniz.

- IBAM mobil tətbiqi vasitəsilə kartdan karta köçürmə etməklə
- www.tamkart.az və www.ibar.az saytı vasitəsilə
- eManat və ya Filial və şöbələrimizdə yerləşən ödəniş terminallarında
- Azərbaycan Beynəlxalq Bankının filial və şöbələrində

Ayliq ödənişimi nə zaman ödəməliyəm?

Aylıq ödəniş hər ayın 1-dən 10-dək ödənilməlidir

TAM kartda borcu vaxtında ödəməsəm nə baş verir?

Bu halda kredit kartınız bloklaşdırıla bilər. TAM kart üzrə gecikmələriniz olarsa, Sizin kredit tarixçənizdə gecikmələr qeydə alınır və gecikdirilən məbləğə cərimə hesablanır.

TAM kart kredit limitimi artıra və ya azalda bilərəmmi?

TAM kart limitinin azaldılması və artırılması üçün Banka müraciət etmək lazımdır. TAM kart limitinin artırılması kartın istifadəsinə görə mümkün ola bilər. Bunun üçün bir neçə ay istifadə edib, vaxtında ödəniş etməlisiniz.

TAM kartda ödəniş vaxtı qeyri-iş gününə düşübsə, ödənişi nə zaman etməliyəm?

Ödəniş qeyri-iş gününə düşübsə, ödəniş etsəniz növbəti iş günü ilə hesabınıza keçəcək. Ona görə qeyri-iş gününə düşən ödənişləri 1 gün əvvəl iş günü, iş saatları ərzində etməyiniz tövsiyə edilir.

Lounge key nədir?

"Lounge Key" dünyanın hər yerində olan hava limanlarının 850-dən artıq lounge zallarına asan və rahat giriş imkanını yaradan beynəlxalq proqramdır.   Sakit və rahat “Lounge Key” zalında qəlyanaltı etmək, dincəlmək və ya işləmək, telefondan, internetdən istifadə etmək və s. mümkündür

Tam kartın hansı növləri üzrə pulsuz Lounge key xidməti mövcuddur?

TAM Platinum kartında – illik 2 pulsuz keçid , TAM Premium kartında – illik 6 pulsuz keçid mövcuddur. Belə ki , TAM kartlar 5 illik olduğundan ümumi olaraq  TAM Platinum kartında – 5 il ərzində 10 pulsuz keçid  ( hər il 2 pulsuz keçid olmaqla) ,  TAM Premium kartında – 5 il ərzində 30 pulsuz keçid ( hər il 6 pulsuz keçid olmaqla) istifadə imkanı olacaqdır.

'Lounge Key' proqramına necə qoşulmaq olar?

Bunun üçün TAM Platinum və ya Premium kart sahibləri “Lounge Key” proqramının İnternet saytından ( və ya mobil əlavəsindən)  şəxsi “Lounge Key” profili yaratmalıdır.

'Lounge Key' proqramı haqqında məlumatları ( lobbi zonasının mövcudluğu, xidmətlər , şərtlər , iş saatları və s.) necə əldə etmək olar?

Lounge Key saytından və ya mobil əlavəsindən, Lounge Key Çağrı Mərkəzindən

Kredit və ya debit kartından ödəniş etmək üçün necə seçilməlidir?

TAM kartlar ATM və POS terminallara daxil edildikdə 2 seçim yaranır : TAM kart DEBİT və TAM kart KREDİT . Müştəri əməliyyatı hansı kartla etmək istəyirsə onu seçməlidir.

Təmassız ödənişlər zamanı ödəniş kartın hansı hissəsi ilə həyata keçir?

Əsas kart kredit kartı olduğundan təmassız ödənişlər zamanı avtomatik olaraq TAM kart KREDİT kartından ödəniş keçəcəkdir.

Taksit əməliyyatları zamanı əlavə komissiya tutulurmu?

Müştərilər partnyor ticarət müəssisələrin əksəriyyətində taksit əməliyyatlarını əlavə faizsiz və  komissiyasız həyata keçirə bilər.  Partnyorlar bölməsində  taksit əməliyyatları zamanı partnyorlar üzrə ödənişin komissiyasız və ya komissiyalı olmağı barədə məlumat göstərilmişdir.

Bərpa olunan borclar dedikdə nə başa düşülür?

Kredit xətti vasitəsilə istifadə olunmuş 20 AZN-dən aşağı qeyri taksit əməliyyatları.

IBAM - Mobile Bank

IBAM mobil bankla vaxt və zaman fərqi olmadan bütün bank fəaliyyətinizi bir toxunuşla həll edə bilərsiniz.

Zəng sifarişi

Hər zaman sizin yanınızdayıq

Müraciətiniz göndərildi.
Müraciətiniz göndərilmədi. Daha sonra təkrar yoxlayın.
Onlayn xidmətlər Xidmətlərdən birini seçin
Əməliyyatı bağla

Kartınızı indi sifariş edin

Birinci səhifə

İkinci səhifə

Müraciətiniz göndərildi.
Müraciətiniz göndərilmədi. Daha sonra təkrar yoxlayın.

Tezliklə ödənişlərinizi buradan həyata keçirə biləcəksiniz.

Təklifinizi bizimlə bölüşün

Təklifiniz göndərildi.
Təklifiniz göndərilmədi. Daha sonra təkrar yoxlayın.

Partnyor ol

Müraciətiniz göndərildi.
Müraciətiniz göndərilmədi. Daha sonra təkrar yoxlayın.