campaign view

Avtobus gedişləri indi daha sərfəlidir!

15.01.2026 - 31.03.2026

Ölkə ərazisində nağdsız ödəniş sistemi (Apple pay/Google pay) ilə təchiz olunmuş bütün avtobuslarda AZN valyutalı ABB Tam Visa kartı ilə Google Pay və ya Apple Pay vasitəsilə ödəniş edin, gediş məbləğinin 100%-ni keşbek olaraq qazanın. Hər bir müştəri kampaniyadan maksimum 10 dəfə yararlana bilər.


Kampaniya necə işləyir?


Tam Visa kartınızı Apple Pay və ya Google Pay-ə əlavə edin;

Avtobusda ödənişi telefonunuzla edin;

Ödənilən məbləğ 100% keşbek olaraq ABB mobile-da “Faydalı keşbek” balansınıza köçürülsün.

Kampaniya şərtləri


Kampaniyada yalnız yeni istifadəyə verilmiş ABB Tam Visa (AZN valyutalı) kartları iştirak edir. USD və EUR valyutalı kartlar kampaniyaya daxil deyil;

Ödəniş yalnız Apple Pay və ya Google Pay vasitəsilə edilməlidir;

Fiziki kartla və ya digər ödəniş üsulları ilə edilən əməliyyatlara keşbek hesablanmır;

Hər bir müştəri kampaniyadan yalnız ilk 10 gedişdə yararlana bilər;

10-cu uğurlu əməliyyatdan sonra növbəti gedişlər üzrə keşbek hesablanmır;

Müştərinin ABB mobile tətbiqi olmalıdır (keşbekin hesablanması üçün);

Kart balansında kifayət qədər vəsait olmadıqda və əməliyyat uğursuz olduqda keşbek hesablanmır;

Keşbek yalnız məbləğ kartdan çıxıldıqdan sonra hesablanır;

Limit müştərinin CIF kodu əsasında hesablanır və yalnız AZN valyutalı kartla edilən gedişlər nəzərə alınır.

Faktiki silinən məbləğ qədər keşbek hesablanır (100%). Fərqli marşrutlarda fərqli tariflər ola bilər (0.60 AZN - 1.30 AZN).

Kampaniya müddəti: 15 yanvar 2026 - 31 mart 2026


Nümunə hesablama:


• 10 gediş × 0.60 AZN = 6 AZN keşbek

• 10 gediş × 1.30 AZN (ekspres marşrut) = 13 AZN keşbek

Share campaign