TamKart ABB-nin təqdim etdiyi, 2 fərqli hesabı bir kartda idarəetmə imkanını təqdim edən çox funksiyalı kartdır.
TamKart üzrə keşbək nə qədərdir?
TamKart ilə ABB mobile-da 'Faydalı keşbek' paketlərindən birini seçərək, paketdaxili kateqoriyalardan 10%-dək keşbek qazanacaqsınız. Siz həmçinin TamKart-ın partnyor mağazalarında etdiyiniz ödənişlər üzrə 20%-dək keşbek əldə edəcəksiniz. Bankın partnyor şirkətləri tərəfindən təqdim olunan cashback faizi abb-bank.az saytında QayğıCash bölməsində əks etdirilib.
Keşbək məbləği nə zaman karta mədaxil olunur?
Həm Faydalı keşbek, həm də QayğıCash üzrə keşbek məbləği əməliyyat anında hesablanaraq karta mədaxil olunur.
TamKart harada keçərlidir?
Dünyanın hər yerində POS-terminallarla ödəmə edə, onlayn ödənişlər həyata keçirə və ya bankomatlardan nağd pul çıxara bilərsiniz.
TamKart kredit limiti məbləğinin neçə faizini nağdlaşdıra bilərəm?
Kredit limitinə kartın növündən asılı olaraq nağd məqsədlər üçün (ATM nağdlaşdırma, C2C, cash by code, kredit ödənişləri və s.) aylıq istifadə limitləri tətbiq edilmişdir. Limit hər ayın 1-i yenilənir.
TamKart-ın növləri üzrə tətbiq olunan nağd məqsədlər üçün limitlər nə qədərdir?
TamKart Classic/Standard kartında - 50%, TamKart Visa/MasterCard Gold kartında - 60%, TamKart Platinum kartında 80% miqdarında kredit limitindən nağd məqsədlər üçün istifadəyə aylıq limit tətbiq edilmişdir. TamKart Premium kartlarında isə heç bir məhdudiyyət tətbiq edilməmişdir.
TamKart-ın kredit xəttindən taksit və ya nağdsız ödənişlərdə hər hansı məhdudiyyət varmı?
Xeyr, TamKart-ın kredit xəttindən taksit və nağdsız ödənişlərdə heç bir məhdudiyyət yoxdur.
TamKart vasitəsilə digər bankda olan krediti ödəmək mümkündürmü?
Bəli, lakin TamKart Kredit vasitəsilə ödəniş zamanı bu halda 1.5% min. 2 AZN xidmət haqqı tutulacaqdır. TamKart Debet vasitəsilə ödənişlər zamanı əlavə xidmət haqqı tələb olunmur.
Mənim üçün TamKart kredit limiti necə təyin ediləcək?
TamKart üçün müraciət etdikdə kredit üzrə mütəxəssis Sizin aylıq gəlirlərinizi və xərclərinizi dəqiqləşdirəcəkdir. İlkin təhlil aparıldıqdan sonra Sizə limit haqqında məlumat veriləcəkdir. Limit Sizin gəlir və borclanma limitinizdən asılı olaraq 300 manatdan 15000 manatadək təyin edilə bilər.
TamKart-ı kimlər əldə edə bilər?
ABB-nin kartları ilə əmək haqqı və ya təqaüd alan hər kəs və digər bankın emissiya etdiyi kartlar vasitəsilə əmək haqqı alan şəxslər (Dövlət büdcəsindən maliyyələşdirilən və ya təsərrüfat hesablı olan dövlət müəssisələrinin əməkdaşları, Neft-qaz sahəsində fəaliyyət göstərən müəssisələrin əməkdaşları) TamKart kredit kartı üçün müraciət edə bilər. Kartın verilməsi kredit üzrə mütəxəssisin ilkin təhlilinə əsasən təyin edilir.
TamKart-ı necə almaq olar?
kredit.abb-bank.az saytından onlayn müraciət edərək və ya ABB-nin filiallarına yaxınlaşaraq əldə edə bilərsiniz. TamKart Debet kartlarını abb-bank.az saytından onlayn sifariş edə bilərsiniz.
Başqa bankda kreditim varsa TamKart ala bilərəmmi?
Bəli, lakin kredit üzrə mütəxəssis Sizin gəlirlərinizi və xərclərinizi təhlil etdikdən sonra paralel kredit ayrılıb-ayrılmayacağını dəqiqləşdirə bilər.
TamKart-ın müddəti nə qədərdir?
TamKart 60 ayadək müddətə rəsmiləşdirilir. TamKart-a açılacaq kredit xəttinin müddəti isə 35 ay təşkil edir.
TamKart taksit necə hesablanır?
TamKart-la partnyor mağazalarında istənilən məhsulu alıb, dəyərini hissə-hissə ödəmək mümkündür. Xərclənən məbləğ 3, 6, 12 ,18 və ya 24 aya bölünməklə, bərabər hissələrlə ödənilir.
TamKart kredit xəttindən istifadə etdikdə borc necə hesablanır?
Kredit xəttindən istifadə zamanı bərpa olunan borclara növbəti ayın 10-na kimi güzəşt müddəti tətbiq olunur və növbəti ayın 10-na kimi tam şəkildə ödənilməlidir. 20 AZN-dən yuxarı hər bir ölkədaxili və ölkəxarici bütün qeyri-taksit əməliyyatları zamanı minimum 30 gün olmaqla 60 günədək güzəşt müddəti tətbiq olunur.
Güzəşt müddətində borc ödənilməkdikdə nə baş verir?
Kredit limitindən qeyri-taksit əməliyyatlarına istifadə olunan vəsaitlər güzəşt müddəti ərzində ödənilmədikdə borcu illik faiz dərəcəsinə uyğun olaraq 18 aya hissə-hissə ödəmək mümkündür. Güzəşt müddətində ödənilməyən borcun aylıq ödənişi güzəşt müddətindən sonrakı ayın 1-dən 10-dək ödənilir.
TamKart-da olan borcumu necə ödəyim?
TamKart-da olan borcunuzu aşağıdakı ödəniş üsullarından istifadə etməklə ödəyə bilərsiniz:
Bu halda kredit kartınız bloklaşdırıla bilər. TamKart üzrə gecikmələriniz olarsa, Sizin kredit tarixçənizdə gecikmələr qeydə alınır və gecikdirilən məbləğə cərimə hesablanır.
TamKart kredit limitimi artıra və ya azalda bilərəmmi?
TamKart limitinin azaldılması və artırılması üçün Banka müraciət etmək lazımdır. TamKart limitinin artırılması kartın istifadəsinə görə mümkün ola bilər. Bunun üçün bir neçə ay istifadə edib, vaxtında ödəniş etməlisiniz.
TamKart-da ödəniş vaxtı qeyri-iş gününə düşübsə, ödənişi nə zaman etməliyəm?
Ödəniş qeyri-iş gününə düşübsə, ödəniş etsəniz növbəti iş günü ilə hesabınıza keçəcək. Ona görə qeyri-iş gününə düşən ödənişləri 1 gün əvvəl iş günü, iş saatları ərzində etməyiniz tövsiyə edilir.
"Lounge Key" nədir?
"Lounge Key" dünyanın hər yerində olan hava limanlarının 850-dən artıq lounge zallarına asan və rahat giriş imkanını yaradan beynəlxalq proqramdır. Sakit və rahat “Lounge Key” zalında qəlyanaltı etmək, dincəlmək və ya işləmək, telefondan, internetdən istifadə etmək və s. mümkündür.
TamKart-ın hansı növləri ilə LoungeKey xidməti üzrə biznes zallara pulsuz keçid imkanı var?
TamKart VISA Platinum kartında – illik 2, TamKart VISA Premium kartında – illik 6, TamKart Mastercard Platinum kartında - illik 2, TamKart Mastercard Premium kartında isə limitsiz keçid imkanı mövcuddur.
Kredit və ya debet kartından ödəniş etmək üçün necə seçilməlidir?
TamKart-lar ATM və POS terminallara daxil edildikdə 2 seçim yaranır: TamKart DEBET və TamKart KREDİT. Müştəri əməliyyatı hansı kartla etmək istəyirsə onu seçməlidir.
Təmassız ödənişlər zamanı ödəniş kartın hansı hissəsi ilə həyata keçir?
Əsas kart kredit kartı olduğundan təmassız ödənişlər zamanı avtomatik olaraq TamKart KREDİT kartından ödəniş keçəcəkdir.
Taksit əməliyyatları zamanı əlavə komissiya tutulurmu?
Müştərilər partnyor ticarət müəssisələrin əksəriyyətində taksit əməliyyatlarını əlavə faizsiz və komissiyasız həyata keçirə bilər. Partnyorlar bölməsində taksit əməliyyatları zamanı partnyorlar üzrə ödənişin komissiyasız və ya komissiyalı olmağı barədə məlumat göstərilmişdir.
Bərpa olunan borclar dedikdə nə başa düşülür?
Kredit xətti vasitəsilə istifadə olunmuş 20 AZN-dən aşağı qeyri taksit əməliyyatları.
Bankda pul kreditim varsa, TamKart ala bilərəm?
Bəli, lakin kredit üzrə mütəxəssis Sizin gəlirlərinizi və xərclərinizi təhlil etdikdən sonra pul krediti ilə paralel kredit ayrılıb-ayrılmayacağını dəqiqləşdirə bilər.